RU

Gənclərdə ürək xəstəlikləri artmaqdadır — mütəxəssislər xəbərdarlıq edir

Son illərdə 20-30 yaş arası gənclər arasında ürək-damar xəstəlikləri və qəfil ürək tutmaları hallarında artım müşahidə olunur.

"BBC News"un araşdırmasına görə, həm genetik, həm də həyat tərzi ilə bağlı amillər gənclərin ürək sağlamlığına ciddi təsir göstərir. Beyrut Amerika Universitetinin kardioloqu Samir Alam son 10 ildə gənclərdə infarkt və insult hallarının kəskin artdığını bildirir. ABŞ-da aparılan tədqiqat isə 30-45 yaş arası şəxslərdə ürək xəstəliklərinin son 15 ildə 50% artdığını göstərib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2019-cu ildə dünyada bütün ölümlərin 32%-i ürək-damar problemləri ilə bağlı olub.

Əsas risk faktorları

Həkimlər bildirir ki, risk faktorları arasında:

Oturaq həyat tərzi

Sürətli qida istehlakı və piylənmə

Yüksək təzyiq və xolesterin

Diabet

Tütün və elektron siqaret istifadəsi

Xüsusilə elektron siqaretlərin "təhlükəsiz" olması barədə yanlış təsəvvürlər gənclərdə riskləri artırır.

COVID-19 və stress də riskləri yüksəldir

Mütəxəssislər qeyd edir ki, COVID-19 keçirmiş şəxslərdə üç ilədək infarkt və insult riski iki dəfə artır. Həmçinin psixoloji stress, yüksək kortizol səviyyəsi və şəhər səs-küyü damarların sərtləşməsinə və tıxanmasına səbəb olaraq gənclərdə ölümcül halları artırır.

Profilaktika daha vacibdir

Mütəxəssislər profilaktikanın həkim müayinəsindən daha vacib olduğunu vurğulayır. Tövsiyələr arasında:

Siqaretdən imtina etmək

Sağlam qidalanmaq

Həftədə ən azı üç gün, hər dəfə 30 dəqiqə aktiv fiziki hərəkət etmək

Избранный
12
2
demokrat.az

3Источники