RU

Elməddin Cəfərov ekranlara qayıdır

Məşhur aktyor Elməddin Cəfərovun yeni layihəsi bəlli olub.

“Cebheinfo.az” xəbər verir ki, sevilən aktyor yeni serialda çəkiləcək.

O, “İki qapı arasında” adlı serialla tamaşaçıların qarşısına çıxacaq. Elməddin Cəfərov layihədə “Sadiq” obrazına həyat verəcək.

Sözügedən ekran işində Mətanət Əliverdiyeva, Vəfa İsmayılova, Əsmər Rüstəmli, Elnur Hüseynov, Ülviyyə Əliyeva və Mətləb Səfərli kimi məşhurlar da rol alacaqlar. Serial iki həyat yoldaşı olan şəxsin  başına gələn komik hadisələrdən bəhs edəcək. 

Qeyd edək ki, “İki qapı arasında” serialı Elməddin Cəfərovun rəhbəri olduğu “KO Media Group” tərəfindən çəkilir. Ekran işi yeni mövsümdə “ATV” telekanalında yayımlanmağa başlayacaq.

Избранный
26
1
cebheinfo.az

2Источники