RU

Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiya paketini açıqlayacaq

Avropa Komissiyası (AK) sentyabrın 17-də 19-cu anti-Rusiya sanksiyalar paketini rəsmən irəli sürəcək.

AzPost bildirir ki, bu barədə Reuters agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.

Onların məlumatına görə, yeni məhdudiyyətlərlə bağlı rəsmi açıqlamanın sentyabrın 17-də Brüssel tərəfindən veriləcəyi gözlənilir.

Agentlik qeyd edir ki, AK iki Mərkəzi Asiya ölkəsinin bankını, həmçinin müstəqil Çin neft emalı zavodlarını sanksiya siyahılarına əlavə etmək imkanını nəzərdən keçirir.

AzPost.az

Избранный
19
3
azpost.info

5Источники