Sea Breeze

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti növbəti maarifləndirmə tədbirini Bərdə şəhərində işəgötürənlər üçün təşkil edib.

Görüş “Qeyri-formal məşğulluğun qarşısının alınması” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunub. 60-dan çox işəgötürən və onların nümayəndələri iştirak edib.

Tədbirin açılış nitqində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qarabağ regional şöbəsinin rəisi Akif Baxşəliyev çıxış edərək, maarifləndirmə tədbirlərinin əmək qanunvericiliyinə riayət olunması baxımından əhəmiyyətini vurğulayıb və müzakirə mövzularının aktuallığını diqqətə çatdırıb.

Sonra regional şöbənin əməkdaşı “Qeyri-formal məşğulluğun qarşısının alınması”, Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı isə “İş yerlərində əməyin mühafizəsi” mövzularında təqdimatlarla çıxış ediblər.

Tədbir zamanı müəssisə və təşkilatlarda əlilliyi olan şəxslərin hüquqları və işəgötürənlərin bu sahədə öhdəlikləri barədə də geniş məlumat verilib. Eyni zamanda, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması, əməyin mühafizəsi üzrə mütəxəssislərin bilik və bacarıqları, iş yerlərində təhlükəsiz əmək mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində dövlət nəzarətinin rolu müzakirə olunub.

Tədbirdə həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Bərdə rayonundakı nümayəndəsi Məhər Atakişiyev “İş vaxtından artıq işlərə cəlb olunma hallarında məcburi əməyin elementləri” mövzusunda iştirakçılara məlumat verib.

Tədbirin sonunda iştirakçıların mövzularla bağlı sualları cavablandırılıb.

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX