Cümə gecəsi Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) pilotsuz təyyarələri Rusiyanın Baltik dənizindəki ən böyük neft limanı, Primorsk şəhərinə zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
Hücum nəticəsində bir gəmi və limanda yerləşən nasos stansiyası yanıb, neftin daşınması dayandırılıb.
UTX-nin məlumatına görə, Rusiyanın büdcəsi gündəlik təxminən 41 milyon dollar itki ilə üzləşə bilər. Eyni zamanda, Ust-Luqa limanının fəaliyyətini təmin edən bir neçə neft nasos stansiyası da zədələnib.
Musavat.com