"Şahdağ Qusar"ın prezidenti və kapitanı Rahid Əmirquliyevin I Liqanın ilk turunda MOİK-lə oyunda iştirak etməməsinin səbəbi bəlli olub.
İdman.biz xəbər verir ki, bu barədə Sport24.az-a 36 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
Təcrübəli oyunçu əməliyyat olunduğu üçün matçın iştirak ərizəsində yer almadığını deyib: "Yayda dizimdən əməliyyat olunmuşam. Hələlik zədəmi tam bərpa etməmişəm. Oynamamağım sırf zədə ilə bağlıdır".
Qeyd edək ki, "Şahdağ Qusar" ilk turda MOİK-i 2:1 hesabı ilə üstələyib.
İdman.biz