RU

Ayın ən gözəl qolu müəyyənləşdi

“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslay İngiltərə Premyer Liqasının ayın ən yaxşı qolunun müəllifi seçilib.

Publika.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

24 yaşlı macar futbolçu 3-cü turda “Arsenal”a qarşı keçirilən matçda (1:0) qələbə qolunu vurub. O, David Rayanın qapısına birbaşa cərimə zərbəsi ilə dəqiq zərbə endirib.

Qeyd edək ki, Premyer Liqada avqust ayının ən yaxşı məşqçisi mükafatını "Liverpul"u çalışdıran Arne Slot qazanıb.

Избранный
11
publika.az

1Источники