RU

Baş nazir: Gürcüstanda qarışıqlığa yol verilməyəcək

"Gürcüstanda qarışıqlığa yol verilməyəcək və bu istiqamətdə istənilən cəhdə cavabımız maksimal səviyyədə sərt olacaq".

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gürcüstanda müxalifət tamamilə zəifləyib, ümidsiz vəziyyətdədir və belə bir vaxtda istənilən təxribatlar mümkündür.

Baş nazir Ukraynadan Gürcüstana göndərilən partlayıcı maddələrlə bağlı işin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tam araşdırılacağını qeyd edib.

"İstənilən bu cür fakt tam araşdırılmalıdır. Biz Gürcüstanda kimin qarışıqlıq yaratmaq, ölkəyə zərər vurmaq istədiyini müəyyən etməliyik", - İ.Kobaxidze söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
20
3
olaylar.az

4Источники