RU

Ukrayna: Rusiya PUA-ları bilərəkdən Polşaya göndərilib

Sentyabrın 10-na keçən gecə Rusiya ordusu Ukraynaya qarşı həyata keçirdiyi kütləvi hücum zamanı pilotsuz uçuş aparatlarını (PUA) məqsədli şəkildə Polşa istiqamətinə yönəldib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbələrə istinadən “Suspilne” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Rusiya PUA-ları iki qrup halında hərəkət edib və heç bir manevr etmədən birbaşa Polşa sərhədinə doğru istiqamətlənib.

Qeyd olunur ki, ilk qrup PUA Polşaya Ukrayna ərazisi üzərindən daxil olub, ikinci qrup isə Belarus istiqamətindən ölkə sərhədini keçib.

//Samir Qurbanov, Editor.az

Избранный
8
editor.az

1Источники