ain.az, News24 saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp çıxışı zamanı Azərbaycanla bağlı yanlışlığa yol verib.
News24.az xəbər verir ki, "Fox News" telekanalına müsahibəsində ABŞ-nin rəhbəri Azərbaycan və Albaniya arasında münaqişəni həll etdiyini bildirib.
“Mən Azərbaycan və Albaniya arasında münaqişəni həll etdim. Bu uzun illərdir, davam edirdi", – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Tramp əslində Azərbaycanla Ermənistan arasındakı münaqişənin həll olunduğunu nəzərdə tutub.
Aqil
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.