Bunu Demokrat.az-a açıqlamasında “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin sədri Samir Hümbətov deyib.O bildirib ki, Rusiyada olan bəzi siyasətçilər, ekspertlər Azərbaycan və Ermənistanla bağlı dəfələrlə təxribat yönümlü açıqlamalar ediblər amma bu, real deyil:

“Hətta Rusiyanın müdaxiləsi və s. kimi fikirlər səsləndirilir. Amma mən düşünmürəm ki, bu realdır. Ermənistana hansısa təsir göstərmək istəyərlər, çünki orada Rusiya hərbi bazası var. Amma Azərbaycanla məsələ fərqlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Çin, ABŞ və Türkiyə ilə müttəfiqdir. Belə bir ölkə ilə qarşı-qarşıya gəlmək nə dərəcədə mümkündür? Bunu Rusiya gözardı edə bilməz. Rusiyanın artıq o potensialı və gücü də yoxdur ki, hansısa formada təsir edə bilsin”.
Cavidan Mirzəzadə
Demokrat.az