Xalq artisti Sərdar Fərəcovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinə köçürülüb, hazırda palata şəraitində müalicəsi davam etdirilir...
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edək ki, kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan Xalq artistinin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
***
Xalq artisti Sərdar Fərəcovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"Kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir", - TƏBİB-dən bildirilib.
Qeyd edək ki, sentyabrın 5-i səhhəti qəfil pisləşən Xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Poliqon.info