RU

Külək binanın dam örtüyünü qopartdıVİDEO

Yasamal rayonunda güclü külək fəsada səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə güclü külək səbəbindən rayonun Süleyman Tağızadə küçəsində yerləşən üçmərtəbəli binanın dam örtüyündə dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

Məlumatla əlqədar dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən xüsusi vasitələrin köməyi ilə dəmir parçası götürülərək yaranmış təhlükə aradan qaldırılıb.

Избранный
33
20
xezerxeber.az

10Источники