RU

Almaniyada azərbaycanlı saxlanıldı: İnsan qaçaqçılığında ittiham olunur

Moskvanın Lyublino rayonunda qətlə yetirilmiş motosikletçinin valideynləri təqsirləndirilən şəxsin ailəsindən 100 milyon rubl (təxminən 200 min manatt) tələb ediblər.  Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə REN TV istintaq materiallarına istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, öldürülən Kirill Kovalyovun atası məhkəməyə təqdim etdiyi açıqlamada oğlunun sağlamlığı və inkişafı üçün ailənin çoxlu şəxsi vəsait xərclədiyini qeyd edib.

Hadisə 2024-cü il aprelin 17-də baş verib. İstintaqa görə, 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov Krasnodar küçəsindəki binanın qarşısında avtomobilini səkiyə park edib. Buna etiraz edən 24 yaşlı Moskva sakini Kirill Kovalyova Şahin Abbasov hücum edərək əvvəlcə onu döyüb, sonra isə qarın nahiyəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb. O, qondarma "Luqansk Xalq Respublikası"na qaçmağı planlaşdırsa da, tanışının yanına getdiyi Rostov vilayətinin Kazanskaya stanitsasında yerli polis əməkdaşları tərəfindən saxlanılıb.

Sonradan məlum olub ki, Moskvada yol polisi inspektoru Dmitri Bovtunov hadisə yerindən qaçan Şahin Abbasovu 30 min rubl müqabilində azad edib. Hazırda məhkəmə prosesi davam edir.

Избранный
24
2
avtosfer.az

3Источники