RU

Bu, təhsilə dövlət dəstəyinin və ümumi inkişafın göstəricisidir — Ekspert

“Hazırda ölkəmizdə bakalavr və magistr pillələri üzrə ümumilikdə 75 mindən artıq tələbə ali təhsil alır. Bu, olduqca müsbət haldır. Əgər 10–15 il əvvələ nəzər salsaq, görərik ki, o dövrdə ümumi tələbə sayı 40 min nəfəri güclə aşırdı”. 

Bunu təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, ali təhsilə maraq və əlçatanlıq əhəmiyyətli dərəcədə artıb:

“Ali təhsil alan vətəndaşların sayının artması həm ölkənin insan kapitalının güclənməsinə, həm də beynəlxalq təhsil reytinqlərində Azərbaycanın mövqeyinin yüksəlməsinə səbəb olur. Hazırda biz MDB məkanında ali təhsilli əhalinin nisbəti baxımından hələ də aşağı yerlərdəyik. Ancaq bu artım tempi davam edərsə, yaxın illərdə daha üst sıralara yüksələcəyimiz realdır. Ödənişsiz əsaslarla təhsil alan tələbələrin sayında da ciddi artım müşahidə olunur. Bu il yalnız bakalavr pilləsində 30 mindən çox tələbə dövlət sifarişi əsasında təhsil alacaq. Magistratura pilləsində isə bu rəqəm təxminən 6–7 min nəfər təşkil edir. Müqayisə üçün qeyd edim ki, 2010–2012-ci illərdə ümumi qəbul planı təxminən 30 min nəfər idi. İndi isə təkcə pulsuz əsaslarla qəbul olunanların sayı bu qədərdir. Bu, təhsilə dövlət dəstəyinin və ümumi inkişafın göstəricisidir. Bu artım ölkədə təhsilli, ixtisaslı kadrların sayının çoxalmasına, müxtəlif sahələrdə inkişaf və nailiyyətlərin əldə olunmasına şərait yaradacaq”.

Leyla Turan 
Demokrat.az
Избранный
15
1
demokrat.az

2Источники