Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 14-15 sentyabr tarixlərində Qətərə səfər edəcək. Prezident Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası sammitində iştirak edəcək.
7Times.az xəbər verir ki, Ərdoğanın səfəri İsrailin Qətərin paytaxtı Dohaya son hava hücumundan sonra həyata keçirilir. HƏMAS-ın siyasi qanadını hədəf alan hücum əhəmiyyətli mübahisələrə səbəb oldu. Sammitdə hücumun regional tarazlıqlara təsiri və Fələstindəki humanitar böhran müzakirə olunacaq.
Sammitlərdə gündəliyə iqtisadi əməkdaşlıq məsələsinin də daxil olacağı gözlənilir. Ərdoğan bu görüşlərdə Türkiyənin mövqeyini açıqlayacaq.