Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Sitat.info xəbər verir ki, hadisə rayonun Səfərli kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində sərnişin - 2011-ci il təvəllüdlü yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.