RU

Qəfil manevr qəza yaratdı: Avtobus bardürə çırpıldı, xeyli sayda yaralı var

Daşıyıcı şirkətdən bildirilib ki, ilkin məlumata görə, hadisə avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması səbəb olub.

Belə ki, avtobus saatda 25-30 kilometr sürətlə hərəkətdə olarkən qarşısında manevr edən minik avtomobili qəfil əyləci basıb.

Sürücü toqquşmadan yayınmaq üçün avtobusu sağa çəkib və beton bardürə toxunub. Nəticədə avtobusun salonunda olan sərnişinlərdən bir neçəsi yıxılaraq yüngül xəsarət olıb, onlara tibbi yardım göstərilib.//Milli.az

***

12.09.2025-ci il tarixində Bakıda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 9 nəfər (7-si kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib.

Onlara bədənin müxtəlif dərəcəli yaralanmaları, sınıq və çıxıq diaqnozları qoyulub.

Zəruri tibbi yardım göstərildikdən sonra yaralıların instrumental-diaqnostik müayinələri aparılıb.

Hazırda hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Избранный
10
10
musavat.com

10Источники