RU

Mehdiabadda YANĞIN — 15 nəfər təxliyə edilib – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yeddimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

***

Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində yerləşən mənzillərin birində yanğın başlayıb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Избранный
7
33
konkret.az

10Источники