RU

"Belədə özümü ucuzlaşmış hiss edirəm" - Rəşad Sadıqov

"Zirə" Misli premyer-liqasının 4-cü tur matçında "Qarabağ"ın meydanından "sülh"lə ayrıldı - 1:1.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Çox sürətli, dinamik, keyfiyyətli oyunun şahidi olduq. "Qarabağ"la keçirdiyimiz maraqlı matçlardan biri idi. Hər iki komanda çox istəkli idi. Ona görə son saniyələrə qədər emosional oyun izlədik. Qarşılaşmanın axarına görə qələbə qazanmaq fürsəti yaranmışdı. Təəssüf ki, qol buraxdıq. Bizim üçün yaxşı nəticədi. "Qarabağ"dan alınan hər xal dəyərlidi. Futbolçularıma təşəkkür edirəm. Növbəti - "Şamaxı"yla oyuna köklənməliyik.

- Son vaxtlar söz-söhbət gəzir ki, milliyə namizədliyiniz irəli sürülüb...
- 2-3 nəfər var. Hamısına suallar yönləndirilir. Belədə özümü ucuzlaşmış hiss edirəm. Bir dəfə demişəm. Bu mövzuya bir daha qayıtmayacam. Xahiş edirəm, bu barədə sual verməyin.

- "Qarabağ"a yoldaşlıq görüşündə 0:4 uduzmuşduz. Kadi həmin matçda da eyni cür qol vurmuşdu...
- Kadi usta futbolçudu. Standart vəziyyət varsa, bizim üçün təhlükədi. Kadi də yaxşı zərbə endirdi. Ümumiyyətlə, "Qarabağ" çox dinamik futbol oynadı, futbolçular çox güc sərf etdi.

- Demək olar ki, əsas panalti vuranınız artıq Renatodu, Qismət yox?
- Hələki belə qərar qəbul etmişik. Məndə belə fikir var ki, 3 dəfə vura bilməyəndən sonra ara vermək lazımdı. Qismət də hər an vura bilər. Beş ildə cəmi 3 penaltini dəqiq yerinə yetirə bilməyib.

- Santuş gələndə millinin qarşısına AÇ-2028-ə vəsiqə qazanmaq hədəfi qoyulmuşdu. Millidə potensial görürsüz?
- İki əməkdaşa cavab verməmişəm, sizə cavab versəm, onlar inciyər.

- "Qarabağ" "Sumqayıt"a uduzdu, sizinlə oyunda da xal itirdi. Bunu çempionluq üçün şans kimi dəyərləndirirsiz?
- Hələ 4-cü turdu. Tək "Qarabağ" yox, "Sabah", "Neftçi", "Araz-Naxçıvan" və "Turan Tovuz"u da nəzərə alsaq, hər komanda çempion olmaq istəyər. Bu il liqa daha rəqabətlidi. Bu haqda danışmaq çox tezdi, yersizdi. Hamı çempion olmaq istəyər. "Sumqayıt" bu mövsüm yaxşı oyun göstərir. Avrokuboklardan kənar qala bilik. Bütün fikrimizi bu hədəfə yönləndirmişik.

- Bundan sonra transferlər olacaq?
- Çox yaxşı futbolçu qarşımıza çıxsa, transfer etməyə çalışacağıq. Bu dövrdə bəzi oyunçular transferin son dönəminə qədər gözləyir. Seçim şansı olsa, istəyərik. Mövsümün əvvəlində cinahlarda Fuad Bayramov və Rövlan Muradovu fikirləşirdik. Amma hər ikisi ciddi zədə aldı. Bu üzdən təcili sol cinah müdafiəçisi transfer etdik. 

- Hər legionerə görə 200 min manat rüsum ödəməlisiz. Nə qədər futbolçu götürə bilərsiz?
- Limit 17-di. Komandalar çox yaxşı transferlər etdi. Bizi futbol adamı kimi sevindirir. Amma rəqib olaraq qayğılandırır.

- Süni örtüklü meydançalara qarşısız. "İmişli" Qubada oynayacaq. Ora təbii örtüklüdü. Bu, sizi sevindirir?
- Təbii ki, çox sevindirir. Komanda sayının artması çempionata böyük maraq qatdı. Gözlədiyimizdən də tez effekt verdi. Bütün oyunlar rəqabətli keçir. 1-ci liqadan gələnlər də yaxşı komanda formalaşdırdı. Yeganə çatışmazlıq infrasturkturla bağlıdı. Qısa müddətdə o da həllini tapar.

Избранный
37
14
football-plus.az

10Источники