RU

ABŞ G7-ni Çin və Hindistana tariflər tətbiq etməyə çağıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Rusiyadan neft idxalını davam etdirdikləri üçün Hindistan və Çinə yüksək tariflər tətbiq olunması istiqamətində G7 ölkələrini təşviq edəcək.

Banco.azxəbər verir ki, məsələ ilə bağlı məlumatlı dörd nəfərə istinad edilən xəbərdə qeyd olunur ki, ABŞ bu addımı Rusiyanı Ukrayna ilə sülh danışıqlarına məcbur etmək məqsədilə atır.

Xəbərə görə, G7 maliyyə nazirləri cümə günü keçiriləcək video görüşdə ABŞ-ın təklifini müzakirə edəcəklər. Bu hadisə ABŞ prezidenti Donald Trampın sülh sazişi əldə etmək səylərini artırdığı bir vaxtda gündəmə gəlib.

ABŞ Maliyyə Nazirliyinin sözçüsü “Financial Times”a açıqlamasında, Çin və Hindistanın neft alışlarının “Putinin müharibə maşınını maliyyələşdirdiyini” və müharibəni uzatdığını bildirib. Sözçü əlavə edib ki, Vaşinqton “müharibə bitdiyi gün aradan qaldırılacaq əhəmiyyətli gömrük rüsumları” tələb edir.

Mənbələrə görə, ABŞ 50 faiz ilə 100 faiz arasında dəyişən tariflər təklif edib. Ötən ay Vaşinqton, Hindistanın Rusiya nefti alması səbəbilə Hindistandan idxal edilən məhsullara tətbiq olunan tarifləri iki dəfə artırmışdı. Bu ilin əvvəlində isə Tramp Çin mallarına gömrük rüsumları tətbiq etmiş, daha sonra həmin rüsumları azaltmışdı.

Qeyd edək ki, G7 ölkələrinə ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniya daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
73
25
banco.az

10Источники