RU

Putin və Tramp Malayziyada keçiriləcək sammitdə iştirak edəcəklər

BAKI, 12 sentyabr. TELEQRAF

Rusiya və ABŞ prezidentləri, eləcə də Çinin Baş naziri Li Tsyan oktyabrda Kuala-Lumpurda keçiriləcək Cənub - Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 47-ci sammitində iştirakedəcəklər.

Teleqraf xəbər verir ki, siyasətçilərin sammitdə iştirakını Malayziyanın baş naziri Ənvər İbrahim təsdiqləyib.

Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası(ASEAN) 1967-ci ildən mövcuddur və regionun 10 ölkəsini əhatə edir: Bruney, Vyetnam, İndoneziya , Kamboca , Laos , Malayziya, Myanma , Sinqapur, Tayland və Filippin. Təşkilatın məqsədləri iqtisadi artımı sürətləndirmək, mədəni sahədə əməkdaşlıq qurmaq və sosial tərəqqiyə nail olmaqdır. Bu ilin əvvəlindən Malayziya ASEAN-a sədrlik edir.

Избранный
24
3
teleqraf.com

3Источники