RU

Salyanda böyürtkən yığarkən ağır xəsarət alan kişinin SON VƏZİYYƏTİ

TƏBİB Salyanda böyürtkən yığarkən qırma xəsarəti alan şəxsin vəziyyəti barədə məlumat yayıb.

Qurumdan Bizim.Media-ya verilən məlumata görə, 12.09.2025-ci il tarixində saat 18:10 radələrində 1963-cü il təvəllüdlü şəxs (kişi cinsli) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sol göz, sağ çiyin, sağ budun yuxarı 1/3 hissəsinin, sol əlin yaraları diaqnozu ilə ona zəruri tibbi xidmətlər göstərilib.

Hazırda cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Bizim.Media

Избранный
33
2
bizim.media

2Источники