RU

Millimiz bu dəfə Gürcüstana məğlub olub

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünə çıxıb.

İdman.biz xəbər verir ki, U-16 növbəti dəfə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionunda təşkil olunan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 10-da keçirilən ilk yoxlama oyununda millimiz 1:0 hesablı qələbə qazanıb.

İdman.biz

Избранный
43
5
idman.biz

8Источники