Ukrayna Silahlı Qüvvələrinin “Skala” alayının “Şkval” batalyonu Dnepropetrovsk və Donetsk vilayətlərinin sərhəddindəki Filiya kəndini ruslardan azad edib.
Axar.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Bildirilib ki, Ukrayna müdafiəçiləri ölkənin şərqində düşməni (Rusiya ordusu – red.) sıxışdırmağa davam edir.
Qeyd edək ki, Rusiya hərbçiləri təxminən 20 gün əvvəl kəndi ələ keçirmişdi.