RU

Daimi ağız quruluğu bu xəstəliyin əlaməti ola bilər - Açıqlama

"Daimi ağız quruluğu kserostomiyanın simptomu ola bilər".

Milli.Az xəbər verir ki, rusiyalı terapevt Senislava Çeşulina ağızda davamlı quruluğun səbəbinin kserostomiya ( tüpürcək ifrazının azalması və ya dayanması ) olduğunu açıqlayıb.

"Bu vəziyyət bəzən dərmanlar, şəkərli diabet, revmatoid artrit, Şegren sindromu və radioterapiya nəticəsində yaranır. Yaşlı şəxslər, siqaret çəkənlər və ağızla nəfəs alanlar risk qrupundadır.

Əlamətləri sırasında daimi ağız quruluğu, udmaqda çətinlik, qida dadının dəyişməsi, qalın və köpüklü tüpürcək var. Müalicə olunmadıqda diş çürükləri, damaq iltihabı və həzm problemləri yarana bilər. Narahatlıq zamanı kofe, duzlu və ədviyyatlı qidalar məhdudlaşdırılır", - həkim söyləyib.

İsmayıl
Milli.Az

Избранный
53
milli.az

1Источники