RU

Gəlinindən Mətanət İskəndərliyə CAVAB: Mən o gəlinlərdən deyiləm ki...

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Əməkdar artist Mətanət İskəndərlinin keçmiş müğənni gəlini Canana onun ittihamlarına sosial mediada cavab verib.

Ölkə.az xəbər verir ki, Canana qeyd edib:

"Bizim üçün uşaqların istəyi önəmlidir. Mən uşaqlarımı o qədər sevirəm ki, özüm əziyyət çəkməyə, onlarsız tək yatmağa razı oluram. Çünki onlar Mətanət xanımdan ayrı qala bilmirlər. Deyirlər: “Sən də gəl, bizimlə orda qal".

Canana onu qınayanlara da reaksiya verib:

"Çoxları qınayır, pis rəylər yazır, amma heç kim içimizdə olanları bilmir. Mənim üçün əsas uşaqlarımın istəyi və xoşbəxtliyidir. Çətin olsa da, “uşaqlarımı nənələrindən ayırmağa haqqım yoxdur” düşüncəsi ilə dözüb qəbul edirəm.

Ey gözəl xalqım, qınamayın, inanın, yaşamadan qınamaq günahdır. Övladlarımıza nə xoşdursa, valideyn olaraq biz onu xoşbəxt etmək üçün çalışırıq. Mən o eqoist, özünü düşünən gəlinlərdən deyiləm ki, prinsiplərə görə övladı atadan, nənədən uzaq tutum.

Mətanət xanım mənim anamdır və onu həmişə sevəcəm, çünki övladlarım onu sevir və onun əziyyətlərini itirməyə haqqı yoxdur. Heç kim bu dünyanı tutub saxlaya bilmir, ən gözəl hissləri isə mehribanlıq yaşadır".

Xatırladaq ki, Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana haqqında qalmaqallı açıqlamalar verib.

O,  “Tarixin bir günü” verilişində deyib:

"2500 manat onların evinin kreditinə verirəm. Bir nəvəmi kollecə düzəltdim, 100 manat ona verirəm. Digər iki nəvəmə 800 manat hazırlıq pulu ödəyirəm. İki dənə də dayə var, 1500 manat da ona verirəm. Geyimləri, gəzməkləri, hamısının xərcini mən ödəyirəm. Bu da ayda uşaqlara 8000 min manata yaxın pul edir. Canana uşaqları gəzməyə aparanda da pulunu məndən alır. Sağ ol da demir. Elə bilir belə də olmalıdır. Axı o uşaqları mən dünyaya gətirməmişəm... Uşaqlar onun yanında heç bir gün də qalmır. O, mənim "Sovetski"dəki evimi istəyir. Orada da təmir gedir. Uşaqlar onla qalanda başlarına nəysə iş gəlir. Nəvəm Mətanət elə bütün günü bizdə qalır. Tək adamdır, işləyir, özünə 35 min manatlıq maşın alıb. Niyə ev almırdı?"(musavat.com)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
3
olke.az

9Источники