BAKI, 13 sentyabr. TELEQRAF
Ukraynanın cənubunda yerləşən Odessa şəhərində partlayışlar baş verib.
Teleqraf xəbər verir ki, bu barədə “RBK-Ukrayna” agentliyi məlumat yayıb.
Odessa vilayətində hava həyəcanının elan edildiyi bildirilir.
“Qırmızı” zonada həmçinin Dnepropetrovsk, Nikolayev, Sumı, Xarkov və Çerniqov vilayətləri yerləşir.