RU

ABŞ G7 ölkələrini Rusiya neftinin alıcılarına qarşı rüsum tətbiq etməyə çağırıb

ABŞ administrasiyası “Böyük yeddilik” (G7) ölkələrinin nümayəndələrinə müraciət edərək, Rusiya nefti alan dövlətlərə qarşı rüsumların tətbiq edilməsinin vacibliyini bildirib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi və Amerika Ticarət Nümayəndəliyinin birgə bəyanatında qeyd olunub.

Sənəddə Qərb ölkələrinin Rusiyanın gəlirlərini azaltmaq və “kifayət qədər iqtisadi təzyiq göstərmək” üçün birgə fəaliyyət göstərməsinin zəruriliyi vurğulanıb.

“Biz G7 ölkələrinin həmkarlarımızdan bu müharibənin dayandırılmasına sadiq olduqları barədə vədlərini eşitməkdən məmnunuq və ümid edirik ki, onlar bu həlledici anda qəti addımlar atmaqda bizə qoşulacaqlar”, – deyə bəyanatında deyilir.

Избранный
19
2
apa.az

3Источники