RU

Bu xəstəliklərdən əziyyət çəkənlər qəhvə içsinlər - Həkimdən çağırış

Ürək xəstələri və şəkərli diabet xəstələri qəhvə içsinlər.

Publika.az xəbər verir ki, bu barədə kardioloq Aleksandr Myasnikov "Rossiya 1" telekanalının efirində çağırış edib.

Onun sözlərinə görə, qəhvə aritmiya riskini azaldır və qan təzyiqini normallaşdırır. Həkim qəhvə içənlərin infarkt keçirmək riskinin də azaldığını söyləyib.

O əlavə edib ki, qəhvə daxili iltihabı aradan qaldırır, həmçinin çoxlu bioloji faydalı maddə ehtiva edir.

Qəhvənin tərkibindəki kofein həm də canlılıq hissi verir, konsentrasiyanı və məhsuldarlığı artırır.

Избранный
46
publika.az

1Источники