RU

Bakı və Vaşinqton qərarlıdır: Bölgəmiz üçün yeni fürsətlər

Dünyanın supergücü olan ABŞ ilə qarşılıqlı maraqlara və bərabərhüquqlu hörmətə əsaslanan ikitərəfli əlaqələrdə yeni səhifənin açılması həm bölgəmiz, həm də ölkəmiz üçün yeni fürsətlər vəd edir. Qarşıya qoyulan hədəflərə çatmaq, ən əsası, milli maraqlarımızın müdafiəsi siyasəti uğurla həyata keçirilir.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə avqustun 8-də Vaşinqtona səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifənin açılmasına imkan yaratdı. Bakı ilə qarşılıqlı əməkdaşlıqla bağlı imzalanan razılaşmalar, gələcək effektli münasibətlər sisteminin formalaşdırılması üçün intensiv müzakirələr, 907-ci düzəlişin ləğvi Ağ Evin Cənubi Qafqazda Azərbaycanın lider mövqeyini qəbul etdiyini göstərir. Vaşinqtonda imzalanan sənədlərin gələcəyinə skeptik yanaşanların olmasına baxmayaraq, son günlərdə yaşanan proseslər bunun əksini isbatlayır.

İlham Əliyevə xüsusi hörmətin bariz nümunəsi

Öncə ondan başlayaq ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri ilə bağlı Nazirlər Kabinetinin ardından Milli Məclisdə də xüsusi dinləmələr keçirilib. Deputatlar dövlət başçısının apardığı uğurlu və uzaqgörən siyasət nəticəsində iki ölkə arasında münasibətlərin indiki qədər yüksək səviyyədə olmadığı qənaətini ortaya qoyublar.

Qeyd olunub ki, bu razılaşmalar, eyni zamanda, Azərbaycanın ABŞ ilə əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsidir və ölkəmizin beynəlxalq iqtisadi inteqrasiyasının daha da genişlənməsinə töhfəsini verəcək. Deputatların sözlərinə görə, Ağ Evdə uzun illər Azərbaycana qarşı ədalətsiz sanksiya kimi istifadə olunan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması isə ikitərəfli münasibətlərdə yeni və olduqca parlaq bir səhifənin açılmasının simvolu oldu. Onlar ABŞ Prezidenti Donald Trampın bu qərarı məhz Prezident İlham Əliyevin iştirakı ilə imzalamasını dövlətimizin başçısına və Azərbaycana göstərilən xüsusi hörmətin bariz nümunəsi kimi qiymətləndiriblər.

İntensiv dialoqun şahidi oluruq

Son günlərdə iki ölkə arasında rəsmi səviyyədə də intensiv dialoqun şahidi oluruq. Sentyabrın 8-də ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri Azərbaycana səfər edib. Aparılan müzakirələrdə Vaşinqton razılaşmalarının regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb. Bu xüsusda ölkənin qərb bölgələri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin əhəmiyyəti diqqətə çatdırılıb. “ABŞ şirkətləri Zəngəzur dəhlizi ilə bağlı layihələrdə iştirak etmək, tenderlərdə öz təkliflərini vermək imkanını məmnuniyyətlə qarşılayacaqlar”, - deyə ABŞ İnkişaf Maliyyələşdirmə Korporasiyasının (DFC) icraçı direktoru Kennet Angell ölkəsinin Cənubi Qafqazda prioritetini bir daha ortaya qoyub.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanın səfərində isə başlıca diqqət məhz Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına yönəlib. Xarici işlər naziri Ceyhun Bayramov, İqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirilən görüşlər zamanı Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Избранный
31
publika.az

1Источники