
Rusiyanın Kamçatka vilayətində Rixter cədvəli üzrə 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətin məlumat yayıb.
“6,3 bal gücündə zəlzələ baş verib. Petropavlovsk-Kamçatskidə hiss olunub, qalan məlumatlar dəqiqləşdirilir”, - geofiziki xidmətdən bildirilib.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 123 km aralıda, 46,8 km dərinlikdə baş verib.
Kamçatkada 6,3 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib. Bu barədə vilayətin qubernatoru Vladimir Solodov regionun “Teleqram” kanalında məlumat verib.
“Maqnituda 6,3 olub. Vilayət paytaxtında yeraltı təkanlar 4-6 bal hiss olunub. Sunami təhlükəsi elan edilib”, - qubernator bildirib.
Vilayət rəhbəri hazırda dağıntı və ya ciddi dağıntı barədə məlumat olmadığını qeyd edib.