RU

Goranboydakı cinayətin TƏFƏRRÜATI

ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Goranboyda kirayə qaldığı evin sahibəsi ilə sevgili olan oğlan qadını öldürməyə cəhd edib.

Bakupost.az xəbər verir ki, hadisə Goranboy rayonunun Goran qəsəbəsində baş verib. Lerik rayon sakini, 1997-ci il təvəllüdlü Samir Məmmədov (soyad şərtidir) Goranboy rayonunda 1990-cı il təvəllüdlü Gözəl Qarayevanın (soyad şərtidir) evində kirayə qalır. Bir müddətdən sonra Samirlə Gözəl arasında sevgi münasibətləri yaranır və bu minvalla onlar 6-7 ay sevgili olurlar.

Bir gün Samir Gözələ evlənmək təklif etsə də, Gözəl onun bu təklifini rədd edir və onunla dost qalmaq istədiyini bildirir. Samir isə onun bu fikri ilə razılaşmır və aralarında mübahisə yaranır. Samir polisə zəng vuraraq, guya Gözəlin evindən çıxdığını, lakin onun əşyalarını vermədiyini bildirir.

Polis onu və Gözəli izahat almaq üçün bölməyə dəvət edir. Lakin Samir şikayətini geri götürür. O, Gözələ zəng edərək, üzr istəyir və polisdə izahat verməyə dəvət edir. Gözəl də onunla birlikdə polisə gedib izahat verir. Daha sonra onlar polis bölməsindən çıxaraq Samirin maşını ilə çay evinə tərəf gedirlər. Samir yolda avtomobilini saxlayıb Gözəldən "hə" cavabı almaq istəyir. Gözəl isə onunla münasibəti kəsdiyini bildirir. Bu vaxt Samir qəflətən avtomobilində gizlətdiyi bıçağı çıxararaq, Gözələ "sənə demişdim axı məndən ayrılsan, səni öldürəcəyəm" deyir, bıçaqla onun baş və boğaz nahiyəsinə 6 zərbə endirir. Gözəl maşından düşərək qaçdığı vaxt isə Samir avtomobillə onu vurub küçənin kənarına atır və polisə zəng vuraraq Gözəli öldürdüyünü bildirib.

Polis əməkdaşları hadisə yerində qadını yaralı vəziyyətdə aşkar edərək xəstəxanaya çatdırıblar. Həkimlərin səyi ilə qadının həyatını xilas etmək mümkün olub.

Polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən S.Məmmədov saxlanılıb və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Məmmədovun anlaqsız olduğu müəyyən edilib.

Məhkəmənin hökmü ilə S.Məmmədov anlaqsız olduğu üçün cəzadan azad edilib və o, məcburi müalicəyə göndərilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
6
www.bakupost.az

8Источники