RU

ABŞ Kamçatkada zəlzələ səbəbilə sunami təhlükəsi elan etdi

ABŞ Geoloji Xidməti Kamçatka yarımadasında baş verən güclü zəlzələ ilə əlaqədar sunami təhlükəsi elan edib.

Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, təkanların maqnitudu 7,5 bal gücündə olub.

Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı isə zəlzələnin 123 kilometr məsafədə, Petropavlovsk-Kamçatsk şəhərindən uzaqda, 46,8 kilometr dərinlikdə 6,3 bal gücündə qeydə alındığını açıqlayıb.

Hazırda ciddi dağıntılar barədə məlumat yoxdur. Binalar mütəxəssislər tərəfindən yoxlanılır. Sismoloqlar bölgədə afterşokların bir neçə ay davam edə biləcəyini, Kamçatkanın şimal və cənub hissələrində isə yeni zəlzələlərin baş vermə ehtimalının yüksək olduğunu bildiriblər.

Musavat.com

Избранный
30
musavat.com

1Источники