RU

ABŞ və Çin Madriddə üz üzə: Ticarət müharibəsi davam edir

Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çin və ABŞ arasında ticarət danışıqları davam edərkən, yeni görüşün İspaniyanın paytaxtı Madriddə keçiriləcəyi bildirilir.Turkustan.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Scott Bessent və Çin baş nazirinin iqtisadi məsələlər üzrə müavini Hı Lifınqin başçılıq etdiyi nümayəndə heyətlərinin davam edən ticarət danışıqları çərçivəsində gələn həftə Madriddə görüşəcəyi bildirilir.ABŞ Maliyyə Nazirliyi Bessentin 12-18 sentyabr tarixlərində Böyük Britaniya və İspaniyaya səfər edəcəyini açıqlayıb.Bessentin Madriddə olarkən İspaniya hökumət rəsmiləri ilə görüşəcəyi və İspaniya ilə ABŞ arasındakı əlaqələri müzakirə edəcəyi, baş nazirin iqtisadi əlaqələr üzrə müavini Hı Lifınq da daxil olmaqla yüksək səviyyəli Çin nümayəndələri ilə görüşəcəyi bildirilib.Bəyanatda bildirilir ki, Bessent Çin rəsmiləri ilə görüşü zamanı qarşılıqlı maraq doğuran mühüm milli təhlükəsizlik, iqtisadi və ticarət məsələləri, o cümlədən həm ABŞ, həm də Çin üçün təhlükə yaradan çirkli pulların yuyulması şəbəkələri ilə mübarizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
1
icma.az

2Источники