RU

Azərbaycan boksçuları dünya çempionatında 2 medal qazandılar

style='margin-bottom:10px;'>

Azərbaycan boksçuları İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında 2 medal qazanıblar.

QOL.az xəbər verir ki, millinin heyətində Səidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (90 kq) mundialı 3-cü pillədə başa vurublar.

Cəfərov (75 kq) dünya çempionatının yarımfinalında özbəkistanlı Fazliddin Erkinboyevlə qarşılaşıb və rəqib mərhələ adladığından boksçumuz bürünc medala sahib olub.

Alfonso Dominqes (90 kq) isə yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə üz-üzə gəlib. Rəqib finala vəsiqə qazandığı üçün dünya çempionumuz 3-cü yeri tutub.

Избранный
37
22
teleqraf.com

10Источники