RU

Cənazələrdə yeni dəb başladı! Tabutu görənlər ağlamağı unudur

Afrika ölkəsi Gananın paytaxtı Akkrada, Ga xalqı arasında cənazə mərasimlərində fərqli tabut modelləri sürətlə yayılmağa başlayıb. Artıq ölən şəxsin tabutu insanların kədərlənməsinə deyil, gülümsəməsinə səbəb olur.

News365.az xəbər verir ki, tamamilə əl işçiliyi ilə hazırlanan bu xüsusi tabutlar, mərhumun statusunu, arzularını və həyat hekayəsini əks etdirir. Onlar yalnız dəfn vasitəsi deyil, həm də insan ömrünün bir xülasəsi kimi qəbul olunur.

Məsələn, balıqçılar balıq formasında, müəllimlər kitab və ya qələm dizaynlı, sürücülər isə avtomobil formasında tabutlarla son mənzilə yola salınırlar.

Rəngli və diqqətçəkən dizaynları ilə seçilən bu tabutlar yas anını həm də mərhumun həyatının şərəfinə keçirilən bir mərasimə çevirir. Ga xalqı arasında getdikcə genişlənən bu qeyri-adi ənənə, ölümün hüznünü yüngülləşdirərək həyatın dəyərinə diqqət çəkir.

Избранный
22
news365.az

1Источники