Sentyabrın 12-də Milli Məclisin Mədəniyyət komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
Kulis.az xəbər verir ki, komitə sədri Polad Bülbüloğlu gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.
O, əvvəlcə Mədəniyyət komitəsində 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı müzakirəyə çıxarıb.
Sonra Polad Bülbüloğlu Mədəniyyət komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib.
Qeyd edək ki, sonda komitədə ötən sessiyada görülmüş işlər məqbul hesab edilib, komitənin qarşıdakı payız sessiyası üçün iş planı təsdiqlənib.