RU

Münhendə Bekkenbauerə abidə qoyuldu FOTO

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Münhendəki “Alyans Arena”nın önündə Almaniya millisinin və “Bayern Mwnhen” klubunun əfsanəsi Frans Bekkenbauerin şərəfinə abidə ucaldılıb.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

Abidənin açılışında çıxış edən “Bayern”in prezidenti Herbert Hayner belə deyib: “Bu abidə “Bayern”in DNT-sinin bir hissəsidir və bürüncdən hazırlanıb. O, Bekkenbaueri və onun təmsil etdiyi hər şeyi simvollaşdırır. Burada bir abidədən daha çox şey var – bu, şəhərin özünün əksidir: qürurlu, özünə güvənən və zərif. Həyat da, futbol da müvəqqətidir, amma əfsanələr əbədidir”.

Qeyd edək ki, Frans Bekkenbauer 2024-cü il yanvarın 7-də 78 yaşında dünyasını dəyişib. O, “Bayern”də futbolçu, sonralar isə uzun illər klub prezidenti də daxil olmaqla, müxtəlif vəzifələrdə çalışıb. O, həm futbolçu, həm də baş məşqçi kimi dünya çempionu adını qazanıb. "İmperator" həmçinin 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının Təşkilat Komitəsinin prezidenti olub.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
1
fanat.az

2Источники