AEK-də çıxış edən "Mançester Yunayted"in sabiq üzvü Antoni Marsial karyerasını Meksikada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 29 yaşlı futbolçu “Monterrey”ə transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, forvardla 2+1 illik müqavilə imzalanıb. "Monterrey" bu keçid üçün Yunanıstan təmsilçisinə 3,85 milyon avro ödəyib.
Qeyd edək ki, Fransa millisinin üzvü olan Marsial indiyədək “Lion”, “Monako”, “Mançester Yunayted” və “Sevilya” kimi klublarda da çıxış edib.
"Çelsi" daha bir futbolçunun keçidini həll edib
Slot ən yaxşı adına layiq görülüb
"Turan Tovuz"dan ayrıldı - İsrail klubunda çıxış edəcək
İtaliyalı futbolçunun yeni klubu bəlli olub
Premyer Liqada ayın oyunçusu bəlli olub