Azərbaycan Basketbol Liqasında çıxış edən "Quba" klubu yeni transferini açıqlayıb. SİA xəbər verir ki, klub ABŞ-dən olan Kristian Kuns ilə müqavilə imzalayıb.
Qeyd olunur ki, Kristian Kuns daha əvvəl ölkəsində "Bransuik Komuniti Kolleci", "Çovan Universiteti", "Georgia Southwestern Universiteti" və "Bemidji Dövlət Universiteti" komandalarında çıxış edib.