RU

Azərbaycanda qida məhsullarının istehsalı 11%-ə yaxın artdı

BAKI, 13 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyard 408,9 milyon manatlıq qida məhsulları istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 faiz artıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında isə 0,4% azalma müşahidə olunub.

Qida məhsullarından makaron məmulatlarının istehsalı 2,8 dəfə, şəkər, qənd istehsalı 20,7%, kolbasa məmulatlarının istehsalı 1,5 faiz, marqarin istehsalı isə 3,3% artıb. Araq istehsalı 0,9%, üzüm şərabı istehsalı isə 57,1 % azalıb.

Избранный
21
teleqraf.com

1Источники