RU

Böyük Qayıdış: Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb  

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Xocalı rayonunun Seyidbəyli kəndi də daimi sakinlərini qəbul etməyə hazırdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sentyabrın 13-də Ağdamdan Xocalının Seyidbəyli kəndinə ilk köç yola salınıb. Seyidbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 9 ailə - 30 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Избранный
43
37
azerbaijan-news.az

10Источники