RU

Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 15-də Qazaxıstan Respublikasına səfərə yola düşür.

Qardaş ölkəyə zəngin səfər proqramı çərçivəsində Şeyxülislam A.Paşazadə 16 sentyabr tarixində Şeyxülislam A. Paşazadə BMT Sivilizasiyalar Alyansı və Astana Qurultayının dini məkanların qorunmasına həsr olunmuş birgə iclasında iştirak və məruzə ilə çıxış edəcəkdir.
17 sentyabr tarixində QMİ sədri A.Paşazadə Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirak və çıxış edəcəkdir. 18 sentyabr tarixində baş tutacaq Gənc Dini Liderlərin Forumunda çıxış edəcək Şeyxülislam A. Paşazadə gənclərə xitab edərək, xeyir-dua verəcəkdir.
Nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəvi Dinlərin VIII Qurultayının mövzusu “Dinlərin dialoqu – gələcək naminə sinerji”dir.
Şeyxülislam A. Paşazadə 23 illik tarixə malik Astana Qurultaylarının daimi iştirakçısı və Qurultayın Katibliyinin daimi üzvüdür.

QMİ-nin Mətbuat Xidməti

Избранный
31
14
teleqraf.com

10Источники