Bakı. Trend:
“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (Trans-CaspianInternational Transport Route / TBNM) Assosasiyasının ofisindəÇinin beynəlxalq mühəndislik-konsaltinq korporasiyasının (ChinaInternational Engineering Consulting Corporation, CIECC) nümayəndəheyəti ilə işgüzar görüş keçirilib.
Trend bu barədəOrta Dəhlizin rəsmi saytına istinadən xəbər verir.
İnformasiyaya əsasən, Çindən olan nümayəndə heyətinin səfəriÇinin İnkişaf və islahatlar üzrə dövlət komitəsinin tapşırığıəsasında həyata keçirilib. Səfərdə məqsəd Çin-Avropa dəmiryollarıdaşımaları ilə bağlı operativ vəziyyəti araşdırmaq və TBNM marşrutuimkanlarının qiymətləndirilməsi olub.
Məlumata görə, görüşdə tərəflər daşınmaların dinamikasını vəkonteyner daşıyan qatar reyslərinin tezliyini, TBNM marşrutununrəqabətə-davamlılığını, tarif siyasətini, kvotalardan istifadəni vəbaşqa məsələləri müzakirə ediblər.
Qeyd olunur ki, xüsusi diqqət infrastrukturun və əsasqovşaqların inkişafına yönəldilib. Buraya Aktau limanında konteynerhabının istifadəyə verilməsi, çatdırılma müddətlərinin qısaldılmasıvə yüklərin izlənməsi üçün rəqəmsal həllərin tətbiqi daxildir.
“Müzakirələrin nəticəsi olaraq, TBNM marşrutu üzrə daşımalarınsəmərəliliyinin artırılmasına və Çin-Avropa dəmir yolu əlaqələrinindayanıqlı inkişafına töhfə vermək məqsədilə gələcək əməkdaşlıq vəbirgə fəaliyyətlər barədə anlaşma əldə olunub”.
Qeyd edək ki, CIECC Çin Xalq Respublikasının Dövlət Şurasıyanında Dövlət Aktivlərinə Nəzarət və İdarəetmə Komissiyasınınidarəçiliyi altında fəaliyyət göstərən ən iri dövlət konsaltinqşirkətidir. Korporasiya illər ərzində nəqliyyat, energetika, şəhərinkişafı və yüksək texnologiyalar sahələrində 150 mindən çoxlayihəni, ümumilikdə 200 trilyon yuanı aşan məbləğdə həyatakeçirib.