RU

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 38 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 2 milyard 621,7 milyon manat vəsait yönəldilib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37,9 % çoxdur.

Hesabat dövründə xarici investisiyaların 2 milyard 554,4 milyon manatı (97,4 %-i) Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.

Xatırladaq ki, 8 ayda Azərbaycanda əsas kapitala 11 milyard 374,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 16,6 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 8 % artıb.

Bizim.Media

Избранный
26
1
bizim.media

5Источники