RU

Xocalının Seyidbəyli kəndinə yola salınan ilk köç ünvanına çatıb - YENİLƏNİB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Sentyabrın 13-də Xocalı rayonunun Seyidbəyli kəndinə yola düşən ilk köç karvanı ünvana çatıb.

Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xocalı rayonunun Seyidbəyli kəndinə bu mərhələdə 9 ailə olmaqla, 30 nəfər keçmiş məcburi köçkün gəlib. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

12:00

"Böyük Qayıdış" proqramına uyğun olaraq, sentyabrın 13–də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.

Moderator.az xəbər verir ki, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailədən ibarət 31 nəfər köçürülür.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Избранный
30
9
moderator.az

10Источники