RU

"Ferrari" rəhbəri vergi qalmaqalına görə küçə təmizləməyə göndərildi

Turin məhkəməsi "Ferrari" şirkətinin rəhbəri və "Yuventus" klubunun ortaq sahibi Con Elkan, həmçinin onun qardaşı Lapo və bacısı Cinevraya vergi ilə bağlı qalmaqalda cəza kəsib. Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, məhkəmə qərarına əsasən, ailə üzvləri 1 il müddətinə ictimai işlər görməli, küçələrdə təmizlik işlərində iştirak etməli və ya qocalar evində köməkçi kimi çalışmalıdırlar. Bundan əlavə, onlara 183 milyon avro cərimə tətbiq olunub.

Bakuinfo xəbər verirki, bu qərar 2019-cu ildə vəfat edən Elkanların nənəsi Marella Anellidən qalan 1 milyard avroluq mirasın vergidən yayınma ilə əlaqədar açılan işin nəticəsidir. Prokurorlarla aparılan danışıqlar nəticəsində müəyyən şərtlərlə cəzanın yüngülləşdirilməsi təmin olunub. Qeyd olunur ki, Con, Lapo və Cinevra özlərini təqsirli saymasalar da, məhkəmənin şərtlərini qəbul ediblər.

Qalmaqalın əsas səbəbi Marella Anellinin vergi rezidenti statusunun İtaliyada olması ilə bağlıdır. Prokurorların iddiasına görə, mirasın İsveçrədə deyil, İtaliyada qeydiyyatda olması vergidən yayınma hallarına yol açıb. Bu məsələ uzun müddətdir Elkan ailəsi ilə nənələrinin ikinci evliliyindən olan uşaqları arasında mirasın bölüşdürülməsi ilə bağlı gedən hüquqi mübahisənin bir parçasıdır.

Anelli ailəsi "Fiat" qrupunun qurucuları və "Ferrari" və "Yuventus"un əsas sahibləri kimi İtaliyanın nüfuzlu ailələrindən sayılır. Con Elkan 2017-ci ildən "Ferrari"yə rəhbərlik edir və "Stellantis" şirkətinin də sədridir. Məhkəmə qərarı göstərdi ki, nə qədər zəngin və nüfuzlu olsalar da, qanun qarşısında məsuliyyətdən qaçmaq mümkün deyil.

Избранный
35
bakuinfo.net

1Источники