RU

İlk köç Xocalının Seyidbəyli kəndinə çatdı, açarlar sakinlərə verildi

Sentyabrın 13-də Xocalı rayonunun Seyidbəyli kəndinə ilk köç prosesi həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ikin mərhələdə kəndə 30 nəfər köçürülüb.

Onlar bu gün yeni mənzillərinə yerləşdiriliblər.

Mənzillərin açarlarını ailələrə təqdim edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinlərə məlumat verib ki, Seyidbəyli kəndində müasir tələblərə cavab verən fərdi yaşayış evləri inşa olunub, qaz, işıq və su xətləri tam bərpa edilib və digər sosial infrastruktur obyektləri sakinlərin istifadəsinə verilib.

Sakinlər də bu gün doğma yurda qayıtmağın sevincini bölüşüblər.

Избранный
40
4
azpost.info

10Источники