RU

“Vüsal 300” barəsində cinayət işi başlanıldı: ofisi möhürləndi — FOTO

“Vüsal 300” kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu barəsində cinayət işi başlanılıb.

Demokrat.az xəbər verir ki, V.Abbasov bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.

Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanunamüvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə “Vüsal 300”ə məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu və Xətai rayon Prokurorluğu tərəfindən möhürləndiyi görünür.  

Qeyd edək ki, “Vüsal 300” Bakıda ən bahalı maşınların icarədarı kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur. ( Report)

1461217

    Избранный
    39
    34
    demokrat.az

    10Источники